'Bu uğurumu Ulduz Kurslarında hazırlaşaraq əldə etmişəm' - 400 bal toplayan Fərid Quliyevlə MÜSAHİBƏ

"Bu uğurumu Ulduz Kurslarında hazırlaşaraq əldə etmişəm" - 400 bal toplayan Fərid Quliyevlə MÜSAHİBƏ
21 iyun 2022

Ulduz Kurslarının dinləyicisi Fərid Quliyev Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi blok imtahanında maksimum nəticə 400 bal toplayıb.
Universitetə hazırlıq illərində Güvən Nəşrlərinin təşkil etdiyi sınaqlarda ən yüksək nəticəsi 397 bal olan Fərid Quliyev əldə etdiyi uğur barədə ulduz.edu.az saytına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Fərid, ilk öncə sizi yaxından tanıyaq.
- Mən Siyəzən şəhərində anadan olmuşam. Atamın işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayıram. Bakı şəhər 258 saylı məktəbin şagirdiyəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi blok imtahanında maksimal nəticə 400 bal toplamışam. Bu uğurumu Ulduz Kurslarında hazırlaşaraq əldə etmişəm. Üzərimdə zəhməti olan orta məktəb müəllimlərimə və kurs kollektivinə dərin təşəkkür edirəm.
- Yüksək nəticə əldə edəcəyinizə inanırdınızmı?
- Bəli, yüksək nəticə əldə etmək üçün çox çalışırdım. Keçirilən sınaq imtahanlarında 370-397 bal toplayırdım və bu məndə özümə inamı daha da artırırdı. Elə buna görə də blok imtahanında 400 bal topladım.

- Yüksək nəticə xəbərini ilk kimdən eşitdiniz və bu sevinci kimlərlə bölüşdünüz?
- Maksimal nəticə topladığım xəbərini ilk dəfə bacım DİM-nin saytından baxaraq mənə bildirdi. Həmin vaxtı ailə üzvlərimlə birlikdə idim sevincimi onlarla və qohumlarımla bölüşdüm. İnanırsınız təbriklərin ardı arası kəsilmir. Özümü çox xoşbəxt hiss edirəm. Hər kəsə bu sevinci yaşamağı arzulayıram.
- Uğurlarınızda kimlərin əməyi olub?
- Uğurlarımda Ulduz Kurslarının, orta məktəb müəllimlərimin və mənə dəstək olan ailəmin böyük zəhməti olub. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

- Fərid, sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Sosial şəbəkələrdən yox, sadəcə mesajlaşmaq üçün votsapdan, dərslərimlə bağlı nə isə öyrənmək üçün yutubdan istifadə edirdim. Onu da deyim ki, şəxsi mobil telefonum olmayıb, özüm üçün telefonu iki gün öncə almışıq.
- İmtahana necə hazırlaşırdınız, vaxtınızı necə bölürdünüz?
- İmtahanlara ciddi və planlı şəkildə hazırlaşırdım. Kursdan gələndən sonra tapşırıqlarımı həll edirdim. Sonra əlavə dərs vəsaitlərindən də istifadə edərək özümü inkişaf etdirirdim və bunun da nəticəsini gördüm.
- Universitet seçimi etmisinizmi?
- Bəli, artıq seçimimi etmişəm. Bakı Ali Neft məktəbində təhsil almaq istəyirəm.
- Universitetə hazırlaşanlara nə demək istərdiniz?
- Onu demək istərdim ki, yüksək nəticə əldə etmək istəyirsinizsə planlı şəkildə dərs oxumalısınız. Yüksək nəticə əldə etməyin bir sirri yoxdur, hər kəs özünə bir yol seçməlidir və özünə uyğun olaraq dərslərə hazırlaşmalıdır. Bu yolda insana müəllimləri də kömək olur və mən bu köməyi Ulduz Kurslarında tapdım. Dərslərimizə nə qədər çox vaxt ayırsaq nəticəmiz də o qədər yüksək olar.

- Gələcək planlarınız barədə nə deyə bilərsiz?
- Gələcək planlarım Azərbaycanda bakalavr təhsilimi bitirdikdən sonra magistr təhsilimi ölkə xaricində davam etdirib ölkəyə qayıtmaq istəyirəm.
- Sonda abituriyentlərə nə demək istəyirdiniz?
- Mənim bacım da Ulduz Kurslarında təhsil alıb, ona görə də mən Ulduz Kurslarına gəldim, nəticəmdən də çox razıyam. Əgər siz də yüksək nəticə əldə etmək istəyirsinizsə Ulduz Kurslarını seçə bilərsiniz.
Qeyd edək ki, Ulduz Kursları 2014-cü ildən Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi 28 ünvanında fəaliyyət göstərir. Qəbul göstəricisi 97 % olan kursun Xırdalan şəhərində filialı var. Fəaliyyəti dövründə 2 nəfər maksimum nəticə 700 bal, 195 nəfər 600 baldan, 209 nəfər 500-600 bal arası nəticə göstərib.
Ulduz Kursları Xəyalınızdakı Gələcəyin Zəmanətli Yolu!
ÜNVAN:
☎️ +994 12 431 10 30
📲 +994 70 431 10 30 - WhatsApp
📍Nəsimi r. A. Salamzadə küçəsi 28, 8 Noyabr metrosunun çıxışı. Papanin körpüsünün yanı.
XIRDALAN ULDUZ KURSLARI ilə əlaqə:
☎️ +99412 342 73 73
📲 +99470 403 73 73 -WP
📍Xırdalan, şəhəri H. Əliyev prospekti 710 (Mədəniyyət evinin arxası)