Ali məktəblərə qəbulda dəyişiklik edildi - Rəsmi
“Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.
I ixtisas qrupu:
riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);
riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1).
I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Qaydalara 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”ın I ixtisas qrupu sütunu “İxtisasların adı” sətrindən sonra “Riyaziyyat-kimya (RK) altqrupu” və “Riyaziyyat-informatika (Rİ) altqrupu” adlı iki sütuna bölünməklə aşağıdakı redaksiyada verilib:
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.