TEFL SERTİFİKATI ULDUZ KURSLARINDA

Övladlarınızın keyfiyyətli təhsil almaları üçün bizə etimad edə bilərsiniz
Ulduz Hazırlıq Mərkəzi və Amerika Birləşmiş Ştatları “International TEFL Training Institute” arasında beynəlxalq müqavilə imzalandı.
Ulduz Hazırlıq kursunda təhsil alanlar tədris sonunda “International TEFL Training Institute” (Beynəlxalq TEFL Təlim İnstitutu) tərəfindən beynəlxalq sertifkat əldə edə bilərlər. Qeyd edək ki, “International TEFL Training Institute” tərəfindən verilən sertifkatlar dünyanın hər bir yerində beynəlxalq səviyyədə tanınır və bu sertifkatı əldə edənlər xarici ölkələrdə istədikləri ixtisas üzrə bakalavr və magistr təhsili ala bilərlər. British Council tərəfindən keçirilən IELTS və ETS- tərəfindən keçirilən TOEFL kimi beynəlxalq dil sertifkatları  “International TEFL Training Institute” tərəfindən keçirilən dil sertifkatları imtahanları ilə eyni komponentlərə malikdir.
Məlumat üçün bildiririk ki, Beynəlxalq TEFL Təlim İnstitutu – Nyu-Yorkun (ITTI-International TEFL Training Institute) 10 may 2018-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq TEFL Tədris İnstitutunun Azərbaycan üzrə nümayəndəliyi olaraq fəaliyyətə başlamışdır. Mərkəzin məqsədi beynəlxalq İngilis dili müəllimi bilik və bacarıqlarını tələb edən TESOL/TEFL sertifikalarına, həmçinin ingilis dili ilə ələqadar olaraq SAT, TOEFL, IELTS və digər müxtəlif imtahan, sertifikat və modullar üzrə beynəlxalq dərəcəli sertifikasiya kurslarının təşkil edilməsi və iştirakçıların sertifikatlaşdırılmasıdır.
Qeyd etmək istərdim ki, mərkəz artıq “Qrammatikanın tədrisi”, “Sinifin idarəolunması”, “Tədrisdə yaradıcılıq” modulları üzrə beynəlxalq təlimlər təşkil etmişdir. Keçirilmiş təlimlərlə bağlı məlumat və iştirakçı rəyləri ilə (https://www.facebook.com/ittibaku) səhifəsindən məlumat ala bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

X