ŞAGİRDLƏRİN İMTAHANA APARACAĞI ƏŞYALAR

İmtahan 11:00-da başlayacaq.
Buraxılış vərəqəsində imtahan binasına saat neçədə gəlməli olduğunuz göstərilib.
10:45-dən sonra imtahan binasına giriş qadağandır.

İmtahanlarda iştirak edəcək şagirdlər aşağıdakı sənəd və əşyaları götürməyi unutmasınlar:

-Şəxsiyyət vəsiqəsi (əgər şəxsiyyət vəsiqəniz şəkilsizdirsə, şəkilli başqa sənəd, yaxud təhsil müəssisəsi tərəfindən verilmiş şəkilli arayış )
– Xarici ölkənin vətəndaşları – miqrasiya idarəsi tərəfindən verilmiş şəxsiyyətinizi təsdiq edən sənəd
– buraxılış vərəqəsi
– buraxılış vərəqi ilə birgə təqdim olunan sağlamlıq haqqında bəyənnamə (bəyənnamə mütləq çap olunub imzalanmalıdır)
– Müşayət edən bir nəfər üçün çap edilib, şagird tərəfindən imzalanan arayış
– maska (bütün imtahan boyunca taxılmalıdır və heç bir halda çıxarılmamalıdır)
– mexanik saat (smart watch yox)

– su

– 2 göy və ya qara diyircəkli qələm.

Tempraturunuzun 37°-dən yuxarı olmadığına və digər simptomlarınız olmadığına əmin olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

X