II QRUP ÜZRƏ 150 BALLIQ İXTİSASLAR

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında buraxılış və blok imtahanlarında topladığı ümumi bal əsasında aparılır.İxtisas seçiminə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

II QRUPDA müəyyən ixtisaslar üzrə ( keçid balı 150 olan) tətbiq edilən tələblər qismən fərqlidir:

Qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

1. Marketinq

2. Biznesin idarə edilməsi

3. Regionşünaslıq (regionlar üzrə)

4.Turizm bələdçiliyi

5. Turizm işinin təşkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

X