I QRUP ÜZRƏ 150 BALLIQ İXTİSASLAR

Ali təhsil müəssisələrinin I-IV  ixtisas seçimi müsabiqəsinə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

150 ballıq ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

1.Meliorasiya mühəndisliyi; 2.Texnologiya müəllimliyi; 3. Ekologiya mühəndisliyi.

– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

  1. Aqronomluq; 2.Balıqçılıq; 3. Meşəçilik; 4. Şərabçılıq; 5. Torpaqşünaslıq və aqrokimya; Yerquruluşu və daşınmaz əmlakın kadastrı; 6. Zoomühəndislik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

X