MÜKAFATLANDIRMA MƏRASİMİ

30.01/2017

21/01/17 tarixdə Ulduz Hazırlıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 2 - 8-ci siniflər arasında keçirilmiş Hədiyyəli Sınaq 3 imtahanının qaliblərini mükafatlandırma mərasimi baş tutdu. Tədbirdə Hazırlıq Mərkəzinin direktoru Orxan Məmmədov çıxış edərək ölkəmizdəki təhsilin inkişafı naminə görülmüş işlərdən danışdı, mərkəzin fəaliyyətləri barədə geniş məlumat verdi. Daha sonra Dəyər Nəşrlərinin rəhbərləri aşağı sinif şagirdlərinin tədris prossesinə kömək edəcək bu cür müsabiqələrin əhəmiyyəti barədə danışdılar, qalib şagirdləri təbrik etdilər. Sonra ayrı-ayrı siniflər üzrə ən yüksək nəticə əldə etmiş şagirdlərə mükafatlar və Təltifnamələr təqdim edildi, xatirə fotoşəkilləri çəkildi. Tədbirdən hazırlanmış fotoslaydı diqqətinizə çatdırırıq.