Mental Arifmetik

Mental Arifmetik (zehndə sürətli hesablama) kimi tanınan, 5-12 yaş arası uşaqlar üçün xüsusi olaraq hazırlanan bu proqram zəkanı inkişaf etdirir. Təhsil sistemində istifadə edilən proqram əsasında uşaqlar riyazi hesablamları sürətli və dəqiq şəkildə yerinə yetirir. Bir müddət  sonra hesablama bacarıqları təkmilləşir, riyazi hesablamaları (toplama, çıxma, vurma, bölmə əməliyyatlarını) bir neçə saniyə ərzində həll edə bilirlər.