Magistraturaya Hazırlıq

Ali təhsil müəssisələrinin magistratura pilləsində təhsil almaq istəyən bakalavrlar üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına əsasən Hazırlıq Mərkəzimizdə Məntiq, İngilis dili və İnformatika fənləri üzrə Magistraturaya Hazırlıq kursları təşkil olunur. Kurslar 25 həftəni əhatə edir. Hər həftə 8 saat, o cümlədən Məntiqdən 4 dərs, İngilis dili 2 dərs və İnformatikadan 2 dərs tədris olunur. Keçirilmiş mövzulara uyğun olaraq bakalavrların bilik səviyyəsi mütəmadi olaraq sınaq imtahanları ilə yoxlanılır.