Abituriyent

IX, X və XI sinif şagirdlərinin, həmçinin əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul olması üçün qəbul proqramına əsasən Hazırlıq Mərkəzimizdə müvafiq olaraq siniflər üzrə 34, 36 və 38 həftə Abituriyent kursları təşkil olunur. Dərslər həftədə 3 gün olmaqla IX siniflərə 12, X siniflərə 15 və XI siniflərə 18 saat keçirilir. Keçirilmiş mövzulara uyğun olaraq dinləyicilər üçün hər ay sınaq imtahanları keçirilir və onların müvəffəqiyyət dərəcələri yoxlanılır. Abituriyent hazırlığı Azərbaycan və Rus bölmələri üçün səhər və günorta növbələri keçirilir.

Dərs vəsaiti və test bankları Hazırlıq Mərkəzimiz tərəfindən pulsuz təqdim edilir.