ABİTURİYENT SINAQ 5 - IX SİNİF MÖVZULARI
07.01.2021

Ana dili

FONETİKA: Danışıq səsləri - saitlərin növləri və samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. “O” saitinin “A” kimi tələffüz edilməsi. Söz sonunda cingiltili samitlərin ( “b”, “c”, “d”, “g” ) tələffüzü. “K” və “Q” samitinin yazılışı və de

“K” və “Q” samitinin yazılışı və deyilişi. Sözlərin sonunda “k-y” və “q-ğ” əvəzlənməsi. Qoşa samitlə bitən təkhecalı sözlər. Bəzi təkhecalı sözlərin tələffüzü. Qoşasamitli sözlərin yazılışı və deyilişi. Heca və vurğu. Sözün səs tərkibi.

LEKSİKA: Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası. Frazeoloji birləşmələr. Çoxmənalı sözlər.

Omonimlər. Sinonimlər. Antonimlər. Terminlər (alınma sözlər). Köhnəlmiş sözlər – arxaizmlər və tarixizmlər. Etimologiya nədir?

MORFOLOGİYA

Nitq hissələri. Nitq hissəsi anlayışı. Nitq hissələrinin bölgüsü. Əsas və köməkçi nitq hissələri.

İSİM: Konkret və mücərrəd isimlər. Ümumi və xüsusi isimlər. İsmin quruluşca növləri. Düzəltmə isimlər. Mürəkkəb isimlər və onların yazılışı. İsmin mənsubiyyətə görə dəyişməsi. Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyiş

İsmin halları. Qeyri-müəyyənlik bildirən hallar. Söz kökündə saitin düşməsi.Yönlük və çıxışlıq halında olan sözlərin yazılışı və deyilişi. Bəzi isimlərin kökündə saitin düşməsi. İsmin şəxsə görə dəyişməsi – xəbərlik (şəxs) şəkilçiləri.

SİFƏT: Əşyaya aid əlamət və ya keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri. Düzəltmə sifətlər. Mürəkkəb sifətlər və onların yaranma yolları. Bitişik və defislə yazılan mürəkkəb sifətlər. Sifətin dərəcələri.

SAY: Say və onun mənaca növləri. Miqdar sayları: Müəyyən miqdar saylar. Qeyri-müəyyən miqdar sayları. Kəsr sayları. Numerativ sözlər. Sayın quruluşca növləri. Sayların yazılışı (sözlərlə, ərəb rəqəmləri ilə, Roma rəqəmləri ilə). Miqdar saylarında şəkilçil

FEİL: Təsdiq və inkar feillər. Feillərin şəxsə görə dəyişməsi. Feilin quruluşca növləri. Sadə feillər. Düzəltmə feillər. İsimdən düzələn feillər. Feildən düzələn feillər. Mürəkkəb feillər və onların yazılışı. Feilin qrammatik məna növləri: Hərəkətin suby

Feilin şəkilləri: Xəbər şəkli. Xəbər şəklində ola feillərin həm zamana, həm də şəxsə görə dəyişməsi. Feilin zamanları: Keçmiş zaman. İndiki zaman. Gələcək zaman. Xəbər şəklində olan feillərin yazılışı və deyilişi. Əmr şəkli. Arzu şəkli. Vacib şəkli. Lazım

Feilin təsriflənməyən formaları. Məsdər, feili sifət, feili bağlama feilin şəxsə və kəmiyyətə görə dəyişməyən formaları kimi. Məsdər. Məsdərin feilə və ismə aid xüsusiyyətləri. Hansı cümlə üzvü vəzifələrində işlənməsi. Feili sifət. Feili sifətin feilə və

ZƏRF: Zərf haqqında ümumi məlumat. Zərfin quruluşca növləri: Sadə, düzəltmə və mürəkkəb zərflər. Mürəkkəb zərflərin yazılışı: bitişik, defislə və ayrı yazılan mürəkkəb zərflər. Zərfin məna növləri: Tərzi hərəkət zərfləri. Zaman zərfləri. Yer zərfləri.

ƏVƏZLİK: Əvəzlik əsas nitq hissələrinin yerində işlənən söz kimi. Əvəzliklərin mənaca növləri. Şəxs əvəzlikləri. Onların şəxsə və kəmiyyətə görə dəyişməsi. İşarə əvəzlikləri. O, bu əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra vergülün işlənmə m

Riyaziyyat

Natural ədədlər

Çoxluqlar

Adi və onluq kəsrlər

Nisbət. Tənasüb. Faiz

Həndəsənin əsas anlayışları

Həqiqi ədədlər

Üçbucaqlar

Rasional ifadələr

Çevrə

Kvadrat köklər.Həqiqi üstlü qüvvət

Birdəyişənli tənliklər

Fizika

Fizika imtahanı üçün minimum riyazi biliklər (1. Ədədlər üzərində əməllər. 2. Tənasüb. 3. Düz və tərs mütənasib kəmiyyətlər. 4. Funksiyaların qrafikləri. 5. Tənlik. 6. Faiz. 7. Fiziki kəmiyyətin dəyişməsi. 8. Fiziki kəmiyyətin faizlə dəyişməsi. 9. Düzbuc

Mexaniki hərəkət. Hesablama cismi. Hesablama sistemi. Maddi nöqtə. Trayektoriya. Yol və yerdəyişmə. Skalyar və vektorial kəmiyyətlər. Vektorlar üzərində əməllər. Vektorların proyeksiyaları. Sürət. Sürətin vahidi. Sürətin ölçülməsi – spidometr. Düzxətli bə

Düzxətli dəyişənsürətli hərəkət. Ani sürət. Təcil. Düzxətli bərabərtəcilli hərəkətdə sürət. Düzxətli bərabəryeyinləşən və düzxətli bərabəryavaşıyan hərəkətlər. Düzxətli bərabərtəcilli hərəkətdə sürətin proyeksiyasının zamandan asılılıq qrafikləri. Dəyişə

Çevrə üzrə bərabərsürətli hərəkət. Dövretmə periodu və tezliyi. Çevrə üzrə bərabərsürətli hərəkətdə sürət və təcil.

Qüvvə. Qüvvələrin toplanması. Əvəzləyici qüvvə. Cismin ətalətliliyi – ətalət (inersial) hesablama sistemi. Cismin kütləsi. Maddənin sıxlığı. Nyutonun I qanunu. Nyutonun II qanunu. Nyutonun III qanunu. Qüvvələrin qrafiki təsviri.

Qravitasiya sahəsi. Qravitasiya sahəsinin intensivliyi. Ümumdünya cazibə qanunu. Qravitasiya sabiti. Ağırlıq qüvvəsi. Səbəstdüşmə təcili. Cismin çəkisi. Çəkisizlik. Əlavə yüklənmə.

Deformasiya. Elastik və plastik deformasiyalar. Elastiklik qüvvəsi. Huk qanunu. Sərtlik. Dinamometr. Sürtünmə qüvvəsi. Sürtünmə əmsalı.

Sadə mexanizmlər. Ling. Qüvvə momenti. Qüvvənin qolu. Blok. Tərpənməz və tərpənən bloklar. Polispast. Dolamaçarx. Mail müstəvi. Vint. Cismin tarazlığı: dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıq.

Enerji. Potensial və kinetik enerji. Potensial və kinetik enerjinin asılı olduğu kəmiyyətlər-Yerlə qarşılıqlı təsirdə olan cismin və elastiki deformasiya etmiş yayın potensial enerjisi. Enerjinin saxlanma qanunu.

Mexaniki iş, iş vahidləri. Güc, güc vahidləri. Sadə mexanizmlərdə işlərin bərabərliyi. Mexanikanın ”qızıl qaydası”. Mexanizmin faydalı iş əmsalı (FİƏ).

Təzyiq. Təzyiq qüvvəsi. Bərk cismin təzyiqi. Qazların təzyiqi. Mayelərin təzyiqi. Manometrlər. Maye və qazlarda təzyiqin ötürülməsi. Paskal qanunu. Birləşmiş qablar. Birləşmiş qablar qanunu. Hidravlik maşın.

Atmosfer. Atmosfer təzyiqi. Atmosfer təzyiqinin ölçülməsi. Civəli barometr. Barometr-aneroid. Atmosfer təzyiqinin hündürlükdən asılı olaraq dəyişməsi. Arximed qanunu. Cisimlərin üzmə şərtləri: gəmilərin üzməzi, havada uçma.

Molekulların istilik hərəkəti. Temperatur. Cisimlərin istilikdən genişlənməsi. İstilik tarazlığı. Temperatur şkalaları-termometrlər. Daxili enerji. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə. İstilikvermə və onun növləri: istilik

KİMYA

İlk kimyəvi anlayışlar. Saf maddələr və qarışıqlar

Atomun quruluşu

Dövri qanun və kimyəvi elementlərin dövri sistemi

Kimyəvi rabitə.

Hibridləşmə

Valentlik. Oksidləşmə dərəcəsi

Maddə miqdarı. Avoqadro qanunu

Kimyəvi formul və tənliklər üzrə hesablamalar

Tətil

Kimyəvi reaksiyaların təsnifatı. Kimyəvi reaksiyaların istilik effekti

Oksidləşmə-reduksiya reaksiyaları

Kimyəvi reaksiyaların sürəti. Sürətə təsir edən amillər.

Coğrafiya

Coğrafiyanın predmeti, vəzifələri, sahələri, digər elmlərlə əlaqəsi və insanların həyatında əhəmiyyəti

Yer haqqında coğrafi biliklərin inkişaf mərhələləri

Materik və okeanların tədqiqat tarixi

Coğrafi kəşflərdən tədqiqatlara doğru

Azərbaycanda coğrafiya elminin inkişafı

YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRLƏRİ Miqyas

Şərti işarələr

Plan və planaalma

Üfüqin cəhətləri, azimut

Relyefin kartoqrafik təsviri. Nisbi və mütləq hündürlük. Horizontallar

Yerin forma və ölçüləri. Qlobus

Coğrafi qütblər, ekvator, meridian və paralellər. Coğrafi koordinatlar

Coğrafiya xəritələri

Coğrafi xəritələrdə təhriflər. Kartorafik proyeksiyalar

Kartoqrafik təsvirlərin oxşar və fərqli cəhətləri

Xəritələrin təsnifatı

Xəritələrdə məsafələrin və sahələrin hesablanması

Coğrafi informasiyaların xəritələrdə təqdimolunma üsulları

YER SƏMA CİSMİDİR

Kainat və Günəş sisteminin yaranması

Yerin Günəş ətrafında hərəkəti və onun coğrafi nəticələri

İşıqlanma qurşaqları

Yer səthində günəş şüalarının düşmə bucağı və Günəşin görünmə vəziyyətinin dəyişməsi

Yerin öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri

Yerli vaxt və saat qurşaqları

YERİN İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ DAXİLİ QURULUŞU

Yerin daxili quruluşu. Yer qabığı və onun tipləri. Litosfer

Yer qabığını təşkil edən süxurlar və faydalı qazıntılar

Tektonik proseslər. Zəlzələ, vulkan və qeyzerlər

Litosfer tavaları və onların hərəkəti

YER SƏTHİNİN RELYEFİ

Relyef əmələgətirən amillər. Morfostruktur və morfoskulptur anlayışları

Relyef formalarının təsnifatı: dağlar və düzənliklər

Tarix

İbtidai icma quruluşu

Giriş. Qədim Misir. Mesopotamiya (Şumerlər)

İbtidai icma quruluşu. İlk tayfa ittifaqları və Erkən dövlət qurumları

İbtidai icma quruluşu. Azərbaycan ərazisində tayfa birlikləri və erkən dövlət qurumları

Böyük Hun imperiyası. Qədim Çin. Qədim Hindistan

İlk Azərbaycan dövləti – Manna

Qədim Yunanıstan

Azərbaycan e.ə. VII – IV əsrlərdə

Azərbaycan Midiya və Əhəməni imperiyası dövründə

Atropatena dövləti

Qədim Roma

Albaniya dövləti. Mədəniyyət

Azərbaycan Sasanilər dövründə

Azərbaycanda feodal münasibətlərinin bərqərar olması. Atropatena və Albaniya Sasani imperiyasının tərkibində. Albaniya V-VI əsrlərdə

Türk dövlətləri.

Xalqların böyük köçü. Göytür xaqanlığı və onun varisləri. Xəzərlər. Xilafətin parçalanması (Qaraxanlı və Qəznəvilər dövlətləri)

Girdman dövləti. Cavanşir. Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması.

Feodal münasibətlərin inkişafı. Ərəb işğalına qarşı mübarizə. Cavanşir

Ərəblər. İslam dini. Xilafət

Ərəb xilafəti. Xilafətin parçalanması

Xilafətin Azərbaycandakı siyasəti. Azadlıq hərəkatı. Babək

Xilafətin idarəetmə, torpaq və vergi siyasəti. Babəkin başçılığı altında azadlıq hərəkatı. İslamın milli və mədəni inkişafa təsiri

Qərbi Avropa. Bizans imperiyası

Frank imperiyası. Bizans. Mərkəzləşmiş Rus dövlətinin yaranması.

Şirvanşahlar dövləti. Dərbənd əmirliyi. Saci, Salari dövlətləri

Müstəqil dövlətçiliiyin bərpası. Azərbaycan vahid dövlətin tərkibində.

Səlcuq və Osmanlı imperiyaları

Səlcuq imperatorluğu. Osmanlı imperatorluğu XIII-XVI əsrlərdə.

Rəvvadilər və Şəddadilər dövləti. Tiflis müsəlman əmirliyi

Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti.

Böyük Monqol imperiyası. Qızıl Ordu

Çingiz xan və onun davamçıları

Erkən-orta əsrlərdə sosial iqtisadi həyat. Mədəniyyət

Slavyan hücumları. Əhalinin məşğuliyyəti və həyat tərzi. IX-XI əsrlərdə Azərbaycan mədəniyyəti

Teymurilər dövləti. Hindistan və Çin

Hindistan VI-XVI əsrlərdə (Dehli sultanlığı və Moğol imperiyasının yaranması). Şərqin böyük Fatehi – Əmir Teymur

Azərbaycan və Səlcuqlar

Oğuz-Səlcuq axınları

Şərqə doğru səlib yürüşləri

Xaç yürüşləri. Qranada əmirliyinin süqutu

Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti

Azərbaycan XII-XIII əsrlərdə (Eldənizlər dövləti)

Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin yaradılması

Yüzillik müharibə. Dumanlı Albion orta əsrlərdə

Ədəbiyyat

Ədəbiyyat nəzəriyyəsi: Nəzm və nəsr. Nəzmin xüsusiyyətləri. Azərbaycan şeirinin vəznləri. Heca vəzni.

Əruz vəzni. Sərbəst şeir. Şeir vahidləri.

Ədəbiyyat nəzəriyyəsi: Ədəbi növlər və janrlar. Lirik növ (yazılı ədəbiyyatdakı janrlar).

Ədəbiyyat nəzəriyyəsi: Ədəbi növlər və janrlar. Epik və dramatik növlər. (yazılı ədəbiyyatdakı janrlar).

Ədəbiyyat nəzəriyyəsi. Bədii təsvir vasitələri.

Ədəbiyyat nəzəriyyəsi. Bədii ifadə vasitələri.

Ədəbiyyat nəzəriyyəsi. Süjet və kompozisiya. Bədii gülüş. Bədii əsərin quruluşu. Bədii əsərin mövzusu və ideyası. Bədii yaradıcılıq metodu.

Azərbaycan şifahi xalq ədəbiyyatı. (X sinif). “Yetim İbrahimin nağılı” (V sinif). “Mərd və Namərdin nağılı” (V sinif).

“Şir və Tülkü” nağılı (V sinif). “Ana Maral” əfsanəsi (V sinif). “Xan sarayı” əfsanəsi (VI sinif). Ağıllı uşaq” nağılı (VI sinif). “Çahargah əfsanəsi” (VI sinif).

“Kitabi-Dədə Qorqud” eposu. “Salur Qazanın evinin yağmalandığı boy” (X sinif).

“Kitabi-Dədə Qorqud” eposu. “Basatın Təpəgözü öldürdüyü boy” (VI sinif). “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” (VIII sinif).

Qədim dövr Azərbaycan ədəbiyyatı. (Ən qədim zamanlardan XIII əsrə qədər). X.Şirvani “Gənclərə nəsihət” şeiri (VIII sinif).

N.Gəncəvi. Həyatı və yaradıcılığı. “İskəndərnamə” poeması.

N.Gəncəvi “Kərpickəsən kişinin dastanı” (V sinif). “Yaralı uşağın dastanı” (VI sinif). “Sultan Səncər və qarı” (VIII sinif).

Biologiya

Vətənimizin təbiəti. Biologiya canlı orqanizmləri öyrənən elmdir. Canlı orqanizmlərin əsas xüsusiyyətləri. Canlıların təsnifatı

Laboratoriya avadanlıqları. Hüceyrənin ümumi quruluşu. Prokariot orqanizmlər. Viruslar

Hüceyrələrin bölünməsi və inkişafı. Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər. Bitkilərin toxumaları. Heyvanların toxuma, orqan və orqanlar sistemi

Çiçəkli bitkilərin əsas orqanları. Zoğ və tumurcuğun quruluşu. Gövdənin daxili quruluşu. Yarpağın xarici və daxili quruluşu. Yarpaqların düzülüşü. Kökün quruluşu. Kökün növləri və sistemləri

Bitki orqanlarının yeraltı və yerüstü şəkildəyişmələri.

Çiçək. Çiçək qrupları. Toxumun quruluşu. Meyvə

Canlı orqanizmlərdə hərəkət və dayaq sistemləri. Bitkilərdə dayaq sistemi. Bitkilərin yeraltı qidalanması. Bitkilərin havadan qidalanması. Fotosintez. Heyvanların qidalanması. Bakteriya və göbələklərin qidalanması

Bitkilər və heyvanlarda tənəffüs. Bitkilərin su buxarlandırması. Xəzan. Heyvanlarda daşıyıcı sistem. İfrazat. Qeyri-cinsi çoxalma. Çiçəkli bitkilərdə vegetativ çoxalma

Tozlanma. Orqanizmlərin cinsi çoxalması. Toxumun cücərməsi. Heyvanlarda böyümə və inkişaf

Canlı orqanizmlərin məskunlaşması və yayılması. Orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi. Təbii birliklər. İnsan və canlı təbiət. Azərbaycan qoruqları. Mədəni bitkilərin insan həyatında əhəmiyyəti. Dərman bitkiləri

Heyvanların əhliləşdirilməsi. Canlıların insan sağlamlığında rolu. Düzgün qidalanma. Canlı orqanizmləri öyrənən elm sahələri. Biologiyanın tədqiqat üsulları. Mikroskopiya. Canlı orqanizmlərin müxtəlifliyi

Birhüceyrəli və çoxhüceyrəli yaşıl yosunlar. Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

Ali sporlu bitkilər. Mamırların çoxalması və əhəmiyyəti. Qıjıkimilər. Qıjıların çoxalması

Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti. Çılpaqtoxumlular şöbəsi. Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti

Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi. Xaççiçəklilər, gülçiçəklilər, paxlalılar, badımcançiçəklilər fəsilələri

Mürəkkəbçiçəklilər fəsiləsi. Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsilələri. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri