ABİTURİYENT SINAQ 5 - X SİNİF MÖVZULARI
07.01.2021

Ana dili

FONETİKA: Danışıq səsləri: saitlərin növləri və samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. Qoşasaitli sözlərin yazılışı və deyilişi. “O” saitinin “A” kimi tələffüz edilməsi. Söz sonunda cingiltili samitlərin

( “b”, “c”, “d”, “g” ) tələffüzü.

“K” və “Q” samitinin yazılışı və deyilişi. Sözlərin sonunda “k-y” və “q-ğ” əvəzlənməsi. Qoşa samitlə bitən təkhecalı sözlər. Bəzi təkhecalı sözlərin tələffüzü. Qoşasamitli sözlərin yazılışı və deyilişi. Heca və vurğu. Sözün səs tərkibi.

LEKSİKA: Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası. Çoxmənalı sözlər.

Omonimlər. Sinonimlər. Antonimlər. Terminlər. Köhnəlmiş sözlər. Frazeoloji birləşmələr. Etimologiya nədir?

MORFOLOGİYA

Nitq hissələri. Nitq hissəsi anlayışı. Nitq hissələrinin bölgüsü. Əsas və köməkçi nitq hissələri.

İSİM: Konkret və mücərrəd isimlər. Ümumi və xüsusi isimlər. İsmin quruluşca növləri. Düzəltmə isimlər. Mürəkkəb isimlər və onların yazılışı. İsmin mənsubiyyətə görə dəyişməsi. Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyiş

İsmin halları. Qeyri-müəyyənlik bildirən hallar. Söz kökündə saitin düşməsi.Yönlük və çıxışlıq halında olan sözlərin yazılışı və deyilişi. Bəzi isimlərin kökündə saitin düşməsi. İsmin şəxsə görə dəyişməsi – xəbərlik (şəxs) şəkilçiləri.

SİFƏT: Əşyaya aid əlamət və ya keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri. Düzəltmə sifətlər. Mürəkkəb sifətlər və onların yaranma yolları. Bitişik və defislə yazılan mürəkkəb sifətlər. Sifətin dərəcələri.

SAY: Say və onun mənaca növləri. Miqdar sayları: Müəyyən miqdar saylar. Qeyri-müəyyən miqdar sayları. Kəsr sayları. Numerativ sözlər. Sayın quruluşca növləri. Sayların yazılışı (sözlərlə, ərəb rəqəmləri ilə, Roma rəqəmləri ilə). Miqdar saylarında şəkilçil

FEİL: Təsdiq və inkar feillər. Feillərin şəxsə görə dəyişməsi. Feilin quruluşca növləri. Sadə feillər. Düzəltmə feillər. İsimdən düzələn feillər. Feildən düzələn feillər. Mürəkkəb feillər və onların yazılışı.

Feilin qrammatik məna növləri: Hərəkətin subyekti və obyekti. Feilin qrammatik məna növləri: Məlum, məchul, şəxssiz, qayıdış, qarşılıq-birgəlik və icbar növ feillər.

Feilin şəkilləri: Xəbər şəkli. Xəbər şəklində ola feillərin həm zamana, həm də şəxsə görə dəyişməsi. Feilin zamanları: Keçmiş zaman. İndiki zaman. Gələcək zaman. Xəbər şəklində olan feillərin yazılışı və deyilişi. Əmr şəkli. Arzu şəkli. Vacib şəkli. Lazım

İdi, imiş, isə hissəcikləri. Bu hissəciklərin digər nitq hissələri ilə də işlənə bilməsi. İdi, imiş hissəcikləri və keçmiş zaman şəkilçiləri. İsə hissəciyi və feilin şərt şəklinin şəkilçisi.

Feilin təsriflənməyən formaları. Məsdər, feili sifət, feili bağlama feilin şəxsə və kəmiyyətə görə dəyişməyən formaları kimi. Məsdər. Məsdərin feilə və ismə aid xüsusiyyətləri. Hansı cümlə üzvü vəzifələrində işlənməsi.

Feili sifət. Feili sifətin feilə və sifətə aid xüsusiyyətləri. Feili sifət şəkilçiləri. Feili sifətin zaman anlayışı bildirməsi. Feili sifət və feildən düzələn sifət. Feili bağlama. Feli bağlamanın feilə və zərfə aid xüsusiyyətləri. Feili bağlama şəkilçi

ZƏRF: Zərf haqqında ümumi məlumat. Zərfin quruluşca növləri: Sadə, düzəltmə və mürəkkəb zərflər. Mürəkkəb zərflərin yazılışı: bitişik, defislə və ayrı yazılan mürəkkəb zərflər. Zərfin məna növləri: Tərzi hərəkət zərfləri. Zaman zərfləri. Yer zərfləri.

ƏVƏZLİK: Əvəzlik əsas nitq hissələrinin yerində işlənən söz kimi. Əvəzliklərin mənaca növləri. Şəxs əvəzlikləri. Onların şəxsə və kəmiyyətə görə dəyişməsi. İşarə əvəzlikləri. O, bu əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra vergülün işlənmə 

RİYAZİYYAT

 

Natural ədədlər

Çoxluqlar

Adi və onluq kəsrlər

Nisbət. Tənasüb. Faiz

Həndəsənin əsas anlayışları

Həqiqi ədədlər

Üçbucaqlar

Rasional ifadələr

Çevrə

Kvadrat köklər. Həqiqi üstlü qüvvət

Birdəyişənli tənliklər

Fizika

Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət.

Çevrə üzrə bərabərsürətli hərəkət.

Nyuton qanunları.

Ağırlıq qüvvəsi. Ümumdünya cazibə qanunu.

Elastiklik qüvvəsi. Sürtünmə qüvvəsi.

Statikanın əsasları.

İmpuls. Enerji. Saxlanma qanunları.

Mexaniki iş. Güc.

Aero-hidrostatika. Aero-hidrodinamika.

Kimya

İlk kimyəvi anlayışlar. Saf maddələr və qarışıqlar

Atomun quruluşu

Dövri qanun və kimyəvi elementlərin dövri sistemi

Kimyəvi rabitə.

Hibridləşmə

Valentlik. Oksidləşmə dərəcəsi

Maddə miqdarı. Avoqadro qanunu

Kimyəvi formul və tənliklər üzrə hesablamalar

Kimyəvi reaksiyaların təsnifatı. Kimyəvi reaksiyaların istilik effekti

Oksidləşmə-reduksiya reaksiyaları

Kimyəvi reaksiyaların sürəti. Sürətə təsir edən amillər

Kimyəvi tarazlıq. Tarazlığa təsir edən amillər

Qeyri-üzvi birləşmələrin mühüm sinifləri

Coğrafiya

Coğrafiyanın predmeti, vəzifələri, sahələri, digər elmlərlə əlaqəsi və insanların həyatında əhəmiyyəti

Yer haqqında coğrafi biliklərin inkişaf mərhələləri

Materik və okeanların tədqiqat tarixi

Coğrafi kəşflərdən tədqiqatlara doğru

Azərbaycanda coğrafiya elminin inkişafı

YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRLƏRİ Miqyas

Şərti işarələr

Plan və planaalma

Üfüqin cəhətləri, azimut

Relyefin kartoqrafik təsviri. Nisbi və mütləq hündürlük. Horizontallar

Yerin forma və ölçüləri. Qlobus

Coğrafi qütblər, ekvator, meridian və paralellər. Coğrafi koordinatlar

Coğrafiya xəritələri

Coğrafi xəritələrdə təhriflər. Kartorafik proyeksiyalar

Kartoqrafik təsvirlərin oxşar və fərqli cəhətləri

Xəritələrin təsnifatı

Xəritələrdə məsafələrin və sahələrin hesablanması

Kartoqrafik tədqiqat metodları

Coğrafi informasiya sistemləri (CİS)

YER SƏMA CİSMİDİR

Kainat və Günəş sisteminin yaranması

Yer maqnetizmi və Günəşin yerə təsiri

Yerin Günəş ətrafında hərəkəti və onun coğrafi nəticələri

İşıqlanma qurşaqları

Yer səthində günəş şüalarının düşmə bucağı və Günəşin görünmə vəziyyətinin dəyişməsi

Yerin öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri

Yerli vaxt və saat qurşaqları

YERİN İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ DAXİLİ QURULUŞU

Yerin planetar və geoloji inkişaf mərhələləri

Yerin daxili quruluşu. Yer qabığı və onun tipləri. Litosfer

Yer qabığını təşkil edən süxurlar və faydalı qazıntılar

Litosfer tavaları. Qədim quru və su sahələri

Tektonik proseslər. Zəlzələ, vulkan və qeyzerlər

Geosinklinallar və platformalar

Əsas dağəmələgəlmə mərhələləri

YER SƏTHİNİN RELYEFİ

Relyef əmələgətirən amillər. Morfostruktur və morfoskulptur anlayışları

Relyef formalarının təsnifatı: dağlar və düzənliklər

Okean dibinin relyefi. Ekzogen mənşəli relyef formaları

Materiklərin geoloji quruluşu, relyefi və faydalı qazıntıları

AZƏRBAYCANIN GEOLOJİ VƏ GEOMORFOLOJİ QURULUŞU

Azərbaycanın tektonik zonaları, geoloji quruluşu və faydalı qazıntıları

Azərbaycan ərazisində endogen və ekzogen mənşəli relyef formaları

ATMOSFER

Atmosferin yaranması, tərkibi və quruluşu

Günəş radiasiyası, onun növləri və Yer kürəsində paylanması

Havanın temperatur rejimi: orta sutkalıq, orta aylıq, orta illik temperaturlar. Temperatur amplitudu

Temperaturun üfüqi və şaquli istiqamətdə dəyişməsi. Temperatur inversiyası. İstilik qurşaqları

TARİX

İbtidai icma quruluşu

Giriş. Qədim Misir. Mesopotamiya (Şumerlər)

İbtidai icma quruluşu. İlk tayfa ittifaqları və Erkən dövlət qurumları

İbtidai icma quruluşu. Azərbaycan ərazisində tayfa birlikləri və erkən dövlət qurumları

Böyük Hun imperiyası. Qədim Çin. Qədim Hindistan

İlk Azərbaycan dövləti – Manna. Azərbaycan e.ə. VII – IV əsrlərdə.

İlk Azərbaycan dövləti – Manna. Azərbaycan Midiya və Əhəməni imperiyası dövründə

Qədim Yunanıstan

Atropatena dövləti

Albaniya dövləti. Mədəniyyət

Qədim Roma

Azərbaycan Sasanilər dövründə

Azərbaycanda feodal münasibətlərinin bərqərar olması. Atropatena və Albaniya Sasani imperiyasının tərkibində. Albaniya V-VI əsrlərdə

Girdman dövləti. Cavanşir. Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması.

Feodal münasibətlərin inkişafı. Ərəb işğalına qarşı mübarizə. Cavanşir

Türk dövlətləri.

Xalqların böyük köçü. Göytür xaqanlığı və onun varisləri. Xəzərlər. Xilafətin parçalanması (Qaraxanlı və Qəznəvilər dövlətləri)

Xilafətin Azərbaycandakı siyasəti. Azadlıq hərəkatı. Babək.

Xilafətin idarəetmə, torpaq və vergi siyasəti. Xürrəmilər hərəkatı. Babək. İslamın milli və mədəni inkişafa təsiri

Ərəblər. İslam dini. Xilafət

Ərəb xilafəti. Xilafətin parçalanması

Şirvanşahlar dövləti. Dərbənd əmirliyi. Saci, Salari dövlətləri

Müstəqil dövlətçiliiyin bərpası. Azərbaycan vahid dövlətin tərkibində.

Qərbi Avropa. Bizans imperiyası

Frank imperiyası. Bizans. Mərkəzləşmiş Rus dövlətinin yaranması.

Rəvvadilər və Şəddadilər dövləti. Tiflis müsəlman əmirliyi. Erkən-orta əsrlərdə sosial iqtisadi həyat. Mədəniyyət

Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti. Slavyan hücumları. Əhalinin məşğuliyyəti və həyat tərzi. IX-XI əsrlərdə Azərbaycan mədəniyyəti

Səlcuq və Osmanlı imperiyaları

Səlcuq imperatorluğu. Osmanlı imperatorluğu XIII-XVI əsrlərdə.

Azərbaycan və Səlcuqlar. Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti

Oğuz-Səlcuq axınları. Azərbaycan XII-XIII əsrlərdə (Eldənizlər dövləti)

Böyük Monqol imperiyası. Qızıl Ordu

Çingiz xan və onun davamçıları

Şirvanşahlar dövləti XI-XIV əsrlərdə. İntibah mədəniyyəti.

Azərbaycan XII-XIII əsrlərdə (Şirvanşahlar dövləti). Mədəniyyət

Teymurilər dövləti. Hindistan və Çin

Hindistan VI-XVI əsrlərdə (Dehli sultanlığı və Moğol imperiyasının yaranması). Şərqin böyük Fatehi – Əmir Teymur

Azərbaycan monqol yürüşləri dövründə. Azərbaycan Hülakülər dövlətinin tərkibində.

Monqol yürüşlərinə qarşı mübarizə. Azərbaycan Elxanilər dövlətinin mərkəzi kimi.

Şərqə doğru səlib yürüşləri

Xaç yürüşləri. Qranada əmirliyinin süqutu

Azərbaycan Cəlairilər və Teymurilərin hakimiyyəti dövründə. Şirvanşahlar dövləti XIV əsrin sonları – XV əsrin əvvəllərində.

Azərbaycan uğrunda mübarizə. Şirvanşahlar dövləti XIII-XIV əsrin başlanğıcında.

Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin yaradılması

Yüzillik müharibə. Dumanlı Albion orta əsrlərdə

Ədəbiyyat

Ədəbiyyat nəzəriyyəsi: Nəzm və nəsr. Nəzmin xüsusiyyətləri. Azərbaycan şeirinin vəznləri. Heca vəzni. Əruz vəzni. Sərbəst şeir. Şeir vahidləri.

Ədəbiyyat nəzəriyyəsi: Ədəbi növlər və janrlar. Lirik növ.

Ədəbiyyat nəzəriyyəsi: Ədəbi növlər və janrlar. Epik və dramatik növlər.

Ədəbiyyat nəzəriyyəsi. Bədii təsvir vasitələri.

Ədəbiyyat nəzəriyyəsi. Bədii ifadə vasitələri.

Ədəbiyyat nəzəriyyəsi. Süjet və kompozisiya. Bədii gülüş. Bədii əsərin quruluşu. Bədii əsərin mövzusu və ideyası. Bədii yaradıcılıq metodu.

Azərbaycan şifahi xalq ədəbiyyatı (X sinif). “Yetim İbrahimin nağılı” (V sinif). “Mərd və Namərdin nağılı” (V sinif).

“Şir və Tülkü” nağılı (V sinif). “Ana Maral” əfsanəsi (V sinif). “Xan sarayı” əfsanəsi (VI sinif). Ağıllı uşaq” nağılı (VI sinif). “Çahargah əfsanəsi” (VI sinif).

“Kitabi-Dədə Qorqud” eposu. “Salur Qazanın evinin yağmalandığı boy” (X sinif).

“Basatın Təpəgözü öldürdüyü boy” (VI sinif). “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” (VIII sinif).

Qədim dövr Azərbaycan ədəbiyyatı (Ən qədim zamanlardan XIII əsrə qədər). X.Şirvani “Gənclərə nəsihət” şeiri (VIII sinif).

N.Gəncəvi. Həyatı və yaradıcılığı. “İskəndərnamə” poeması. “Kərpickəsən kişinin dastanı” (V sinif). “Yaralı uşağın dastanı” (VI sinif). “Sultan Səncər və qarı” (VIII sinif).

Orta dövr Azərbaycan ədəbiyyatı (XIII – XVI əsrlər). İ.Nəsimi. Həyatı və yaradıcılığı. “Sığmazam” qəzəli (X sinif).

Ş.İ.Xətayi. Həyatı və yaradıcılığı. “Dəhnamə” məsnəvisi. “Bahariyyə” (“Dəhnamə” poemasından) (VIII sinif).

Biologiya

Biologiyanın tədqiqat obyektləri

Orqanizmlərin hüceyrəvi quruluşu. Toxumalar, orqanlar və orqanlar sistemi

Çiçəkli bitkilərin vegetativ orqanları

Çiçəkli bitkilərin generativ orqanları

Canlılarda hərəkət, dayaq, qidalanma və tənəffüs

Orqanizmlərdə maddələrin daşınması, ifrazat, çoxalma və inkişaf

Orqanizm və mühit

Canlı orqanizmlər və onların öyrənilməsi. Yosunlar

Ali sporlu bitkilər. Mamırkimilər şöbəsi. Qıjıkimilər, qatırquyruğukimilər, plaunkimilər şöbələri

Ali toxumlu bitkilər. Çılpaqtoxumlular şöbəsi. Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi

Örtülütoxumlular şöbəsi. Birləpəlilər sinfi

Bakteriyalar. Göbələklər. Şibyələr

Birhüceyrəlilər yarımaləmi. Sarkomastiqoforlar və infuzorlar tipləri. Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi

Yastı qurdlar tipi. Sap qurdlar tipi