ŞAGİRDLƏRİN İMTAHANA APARACAĞI ƏŞYALAR
21.07.2020

İmtahan 11:00-da başlayacaq.
Buraxılış vərəqəsində imtahan binasına saat neçədə gəlməli olduğunuz göstərilib.
10:45-dən sonra imtahan binasına giriş qadağandır.

İmtahanlarda iştirak edəcək şagirdlər aşağıdakı sənəd və əşyaları götürməyi unutmasınlar:

 -Şəxsiyyət vəsiqəsi (əgər şəxsiyyət vəsiqəniz şəkilsizdirsə, şəkilli başqa sənəd, yaxud təhsil müəssisəsi tərəfindən verilmiş şəkilli arayış )
 - Xarici ölkənin vətəndaşları - miqrasiya idarəsi tərəfindən verilmiş şəxsiyyətinizi təsdiq edən sənəd
 - buraxılış vərəqəsi
 - buraxılış vərəqi ilə birgə təqdim olunan sağlamlıq haqqında bəyənnamə (bəyənnamə mütləq çap olunub imzalanmalıdır)
 - Müşayət edən bir nəfər üçün çap edilib, şagird tərəfindən imzalanan arayış
 - maska (bütün imtahan boyunca taxılmalıdır və heç bir halda çıxarılmamalıdır)
 - mexanik saat (smart watch yox)

- su

- 2 göy və ya qara diyircəkli qələm.

Tempraturunuzun 37°-dən yuxarı olmadığına və digər simptomlarınız olmadığına əmin olun.